Epilepsiya diaqnozu alan dalğıc işinə qayıda bilmədi – Məhkəmə qərar verdi
Hadisə
Səbail rayon Məhkəməsində diqqətçəkən proses baş tutub.
News24.az-ın əldə etdiyi məlumata görə, 1972-ci il təvəllüdlü S.Məmmədov mülki qaydada məhkəməyə müraciət edərək işə bərpa edilməsini tələb edib.
Məlum olub ki, “Azneft” İB-nin Dalğıc Xidmətində 6-cı dərəcəli dalğıc vəzifəsində çalışan şəxsdə son vaxtlar epilepsiya yaranıb. Tibbi yoxlamadan sonra o, İB-nin müvafiq əmri ilə işdən çıxarılıb.
Bundan sonra 54 yaşlı şəxs məhkəməyə müraciət edərək işə bərpa edilməsini tələb edib.
Qeyd edilib ki, 2025-ci il dekabr ayının 18-də “səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi” əsası ilə onun əmək müqaviləsinə xitam verilib.
Məhkəmə işdən çıxarılmanı əsaslı hesab edərək, S.Məmmədovun “Azneft” İB-nin Dalğıc Xidmətindəki 6-cı dərəcəli dalğıc vəzifəsinə bərpa olunması tələbinin əsassız olduğunu qərara alıb.
Yaşar Araz