Epilepsiya xəstəsi bədbəxt hadisənin qurbanı oldu

Epilepsiya xəstəsi bədbəxt hadisənin qurbanı oldu Hadisə

Xaçmaz rayonunda ölümlə nəticələnən hadisə baş verib.

News24.az xəbər verir ki, aprelin 6-sı saat 21 radələrində Sibiroba kənd sakini 1989-cu il təvəllüdlü Rəşad Şixəmməd oğlu Məmmədov kəndin ərazisindən keçən kanala yıxılaraq boğulub.

Məlumata görə, o, epilepsiya xəstəsi olub. O, kanala da məhz qıcolma səbəbindən yıxılıb və sudan çıxa bilməyərək həyatını itirib. R.Məmmədovun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.