Ər arvadını maşında güllələdi
Hadisə
Bir neçə gün bundan öncə keçmiş ər boşanmaq üzrə olan həyat yoldaşını güllələyib.
News24.az xəbər verir ki, Malatyada boşanmaq üzrə olan həyat yoldaşı N.K-nı (37) güllələyərək öldürən R.K., polis idarəsində prosedurlarını tamamladıqdan sonra sövq edildiyi məhkəmədə növbətçi hakim tərəfindən həbs edilib.
N.K. və boşanma prosesində olduğu əri R.K. sentyabrın 24-də avtomobildə mübahisə edib və ərinin açdığı atəş nəticəsində yaralanan qadın xəstəxanada dünyasını dəyişib.
Günel Məlikzadə