Ermənistanda hərbi maşın qəza törətdi - Ölən və yaralılar var

Ermənistanda hərbi maşın qəza törətdi - Ölən və yaralılar var Hadisə

Ermənistanın Geqarkunik rayonunda müdafiə nazirliyinə məxsus "UAZ Patriot" və "Kia2 markalı avtomobillər toqquşub.

News24.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Hadisə nəticəsində bir nəfər yerindəcə ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən və yaralananların şəxsiyyətini müəyyənləşdirir./Unikal