Ermənistanda məktəbdə dəhşət
Hadisə
Ermənistanın Vedi şəhərində dəhşətli hadisə baş verib.
News24.az xəbər verir ki, 37 yaşlı Nune M. adlı qadın yerli məktəbə gələrək direktorla görüşmək istəyib.
Qadın 10–15 dəqiqə ərzində yüksək səslə və nalayiq ifadələrlə narazılığını bildirib. O, daha sonra direktorun otağına yollanıb.
Otağa daxil olan qadın qadın çantasından özü ilə gətirdiyi bıçağı çıxararaq məktəb direktorunu hədələməyə başlayıb.
Məktəbin 49 yaşlı direktoru bıçaqlı qadından qorxub və qaçıb gizlənib.
Direktorun ardınca məktəbin həyətinə çıxan lakin onu tapa bilməyən Nune həmin bıçaqla onun BMW markalı avtomobilini cızıb.
Hadisəni törədən qadın saxlanılıb. Faktla bağlı materiallar hazırlanıb. /Shamshyan.com/