Ermənistanda tələbə avtobusu dərəyə aşdı - 30 yaralı

Ermənistanda tələbə avtobusu dərəyə aşdı - 30 yaralı Hadisə

Ermənistanın Tavuş kəndi yaxınlığında avtobus qəzası olub, azı 30 yaralı var.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hadisə günorta saatlarında baş verib. Tələbələri daşıyan sərnişin avtobusu dərəyə aşıb.

İlkin məlumata görə, vəziyyəti ağır olan 6 yaralı İrəvana aparılacaq. Bir nəfərin isə vəziyyəti sabit ağırdır və əməliyyat olunub.

Qeyd edək ki, avtobusda İrəvan Dillər Universitetinin tələbələri olub