Etirazçılar bələdiyyə sədrini avtomobildən düşürdü - VİDEO
Hadisə
İranda etirazçılar bələdiyyə sədrini avtomobildən düşməyə məcbur etdilər.
News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, bir neçə gün yağan yağışdan sonra Bəndər Xomeyni şəhərində evləri sel və kanalizasiya suları basıb.
Videodan göründüyü kimi, narazı şəhər sakinləri bələdiyyə sədrini avtomobildən düşməyə və onlarla birlikdə suya girərək evlərə baş çəkməyə məcbur ediblər.
Nəzrin