Evdə antibiotik vurulan kişi şoka düşüb öldü
Hadisə
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
News24.az xəbər verir ki, yanvarın 22-si saat 02 radələrində 1966-cı il təvəllüdlü Vüqar Qulamhəsən oğlu Məmmədov yaşadığı Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsindəki evdə antibiotikdən şoka düşərək ölüb.
Belə ki, səhhətində problem yarandığından ona ailə üzvü tərəfindən antibiotik iynəsi vurulub. Bu zaman V.Məmmədovun halı daha da pisləşib və o vəfat edib.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)