Evdən 3000 manat oğurlandı
Hadisə
Sumqayıtda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən News24.az -a verilən xəbərə görə, iyunun 13-də şəhər ərazisindəki evlərin birindən 3000 manat pul oğurlanıb.
Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən R.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.