Evdən pul və qızıl oğurlayan şəxs saxlanıldı
Hadisə
Paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
News24.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı R.İmanov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.