Evdən tank əleyhinə raket tapıb çantasında polis bölməsinə gətirdi

Evdən tank əleyhinə raket tapıb çantasında polis bölməsinə gətirdi Hadisə

Praqada bir qadın Çexiyada keçirilən silah amnistiyası çərçivəsində oğlunun evində tapdığı işlək vəziyyətdə tank əleyhinə raketi polis bölməsinə təqdim edib.

News24.az xəbər verir ki, bu barədə “Çexiya TV” məlumat yayıb.

Polis əməkdaşları qadının çantasından raketi çıxardığını görəndə təəccübləniblər.

Yerli sakin bildirib ki, qadın raketi oğlunun evində təmizlik apararkən tapıb.

Polis bölməsinə partlayıcılarla işləyən mütəxəssis (sapyor) çağırıldıqdan sonra hər kəs təhlükəsizlik səbəbi ilə oranı tərk edib.

Praqa polis idarəsinin mətbuat katibi Jan Rybanski qeyd edib ki, Praqa sakinləri indiyədək 83 silah, 20 sursat vahidi və təxminən üç min patron təhvil veriblər.