Evlənəcəyi kişinin yazdığı şərhə görə toyu ləğv etdi
Hadisə
Sosial mediada yayılan hadisə böyük müzakirələrə səbəb olub.
News24.az xəbər verir ki, toyuna saatlar qalmış bir qadın nişanlısının yazdığı şərhi gördükdən sonra toy mərasimini ləğv edib.
Belə ki, bəy sosial media hesabında “Toyum sabahdır, təəssüf ki, hələ də keçmiş sevgilimi sevirəm” məzmunlu paylaşım edib. Qısa müddətdə yayılan bu şərh gəlin namizədinin də diqqətini çəkib.
Paylaşımı gördükdən sonra qadın toyun keçirilməsindən bir neçə saat əvvəl mərasimi ləğv etmək qərarı verib. O, sosial mediada ona xəbər verən istifadəçilərə təşəkkür edərək bildirib ki, artıq toy olmayacaq və nişanlısı istəsə keçmiş sevgilisinin ardınca gedə bilər.