Əyləncə parkında çaxnaşma: - Bir saat havada asılı qaldılar - VİDEO

Əyləncə parkında çaxnaşma: - Bir saat havada asılı qaldılar - VİDEO Hadisə

Kahramanmaraş Sərgi Mərkəzindəki lunaparkda oyun qruplarında əylənməyə çalışan bir qrup vətəndaş mühafizəçi (kamikadze) adlı oyuncağa minib.

News24.az xəbər verir ki, içində 23 nəfərin olduğu cihaz bir müddət tərs çevrilib və qəfil xarab olub. Vətəndaşlar havada asılı qalıb.

Əyləncə parkına gələnlər vəziyyətlə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.

Xəbərdarlıq əsasında əraziyə istiqamətləndirilən yanğınsöndürmə briqadaları havada asılı vəziyyətdə olan insanları nərdivan vasitəsilə xilas edərək aşağı endiriblər.

Panikaya düşən 5 nəfər ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb.

Həmin anları təqdim edirik:

Günel Məlikzadə