"Eyüpspor"un prezidenti və üç futbol hakimi həbs edildi

"Eyüpspor"un prezidenti və üç futbol hakimi həbs edildi Hadisə

Türkiyənin "Eyüpspor" futbol komandasının prezidenti Murat Özkaya həbs edilib.

News24.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Qeyd olunur ki, mərc qalmaqalı ilə bağlı aparılan istintaq çərçivəsində Türkiyənin Birinci Liqa klublarından "Eyüpspor"un prezidenti Murat Özkaya və onunla yanaşı, daha üç hakim həbs edilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.