Şeyx Əbdül xəstəxanaya yerləşdirildi

Şeyx Əbdül xəstəxanaya yerləşdirildi Hadisə

Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, 82 yaşlı sənətçi açıqlamasında hazırda müalicə aldığını bildirib:

“Hazırda xəstəxanadayam, müalicə alıram, üstünüzə sağlıq. Ağadadaş Ağayevin “balta məsələsi” ilə gündəmə gələn “MedEra” xəstəxanasındayam. Bu gün birinci günümdür, müalicələr başlayıb. Hazırda qollarım sistemdədir, aləm bir-birinə qarışıb. Həkimlərin planına görə bir həftə burada qalmalıyam və müalicə olunmalıyam. Mənimlə maraqlanan, dua edən hər kəsə təşəkkür edirəm. İnşallah, qısa zamanda hər şey qaydasına düşər”. (Yeni Sabah)