Faciə: Baba və nəvəsi həlak oldu

Faciə: Baba və nəvəsi həlak oldu Hadisə

Türkiyənin Elazığ bölgəsinin Kovancılar rayonunda avtomobilin yol kənarına aşması nəticəsində Sabri Tartar və nəvəsi Salih Tartar həyatını itirib. 

Qəza gecə saatlarında Elazığ-Bingöl yolunun Akmezra kəndi yaxınlığında baş verib. Sürücü G.T-nin idarəetməni itirməsi ilə avtomobil aşıb. G.T. və N.T. isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, 

Sabri və Salih Tartarın cənazələri isə morqa aparılıb. Hadisə ilə bağlı istintaq başladılıb.