Faciəli hadisə: - Lift şaxtasına düşərək öldü
Hadisə
Türkiyədə Əhməd Balcı (65) adlı şəxs dünən axşam saatlarında tikinti sahəsindəki liftin şaxtasına yıxılıb.
News24.az xəbər verir ki, hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları sövq edilib.
Komandaların işi nəticəsində yıxıldığı yerdən çıxarılan Balcının həyatını itirdiyi müəyyən edilib.
Balcının cəsədi yarılma üçün morqa aparılıb.
Qeyd edək ki, polis qrupları hadisə ilə bağlı işlərini davam etdirir.
Günel Məlikzadə