Faciəvi şəkildə ölən 32 yaşlı Pərvizin FOTOSU
Hadisə
Fevralın 22-də Cəlilabad rayonunda gənc kişi zəhərlənmə nəticəsində vəfat edib.
News24.az-ın məlumatına görə, Göytəpə şəhər sakini, 1994-cü il təvəllüdlü Pərviz Ədalət oğlu Ağayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata əsasən, onun kimyəvi məhluldan zəhərləndiyi bildirilib.
Qeyd olunub ki, mərhum ailəli olub. Həmçinin son dövrlər müəyyən borc öhdəliklərinin yarandığı iddia edilib.
Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.
32 yaşlı Pərvizin fotosunu təqdim edirik.
Yaşar Araz