Faciəvi şəkildə həyatını itirən məktəbli - FOTOsu

Faciəvi şəkildə həyatını itirən məktəbli - FOTOsu Hadisə

Xəbər verdiyimiz kimi, Beyləqanın Yeni Mil kəndindən keçən su kanalında batan 9 yaşlı uşağın meyiti tapılıb.

News24.az Modern.az-a istinadla bildirir ki, 2015-ci ildə anadan olan İbrahimov Əhməd Cavid oğlu elə həmin kənddəndir.

O, kənd orta məktəbinin şagirdi olub. Məlumata görə, hadisə avqustun 19-da axşam saat 20-21 radələrində baş verib.

Axşam tərəfi uşağın qayıtmadığını görən ailə polisə məlumat verib. Gecə boyunca axtarışlar davam edib. Azyaşlının cəsədi ötən gün günorta saatlarında tapılıb.


Faciəvi şəkildə həyatını itirən məktəbli - FOTOsu