FETÖ əməliyyatı: - 544 nəfər nəzarətə alındı

FETÖ əməliyyatı: - 544 nəfər nəzarətə alındı Hadisə

Türkiyədə FETÖ-yə qarşı yeni əməliyyat keçirilib.

News24.az xəbər verir ki, əməliyyat zamanı terror təşkilatı tərəfindən dövlətin müxtəlif səviyyələrində yerləşdirilmək istənən şübhəlilər saxlanılıb.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya 62 ilde keçirilən Kıskaç-15 adlı əməliyyatda 544 şübhəlinin tutulduğunu açıqlayıb.

Yerlikaya bildirib ki, şübhəlilərdən bəziləri təşkilatın şifrəli rabitə proqramı olan ByLock istifadəçisi olub.

Günel Məlikzadə