FHN əməkdaşının meyiti tapıldı - FOTO

FHN əməkdaşının meyiti tapıldı - FOTO Hadisə

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, R.Əhmədovun meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.

Əldə etdiyimiz məlumata görə, Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


FHN əməkdaşının meyiti tapıldı - FOTO