FHN Gəncədə qanunsuz tikililəri söküb - FOTO - VİDEO

FHN Gəncədə qanunsuz tikililəri söküb - FOTO - VİDEO Hadisə

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə News24.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

FHN Gəncədə qanunsuz tikililəri söküb - FOTO - VİDEO FHN Gəncədə qanunsuz tikililəri söküb - FOTO - VİDEO FHN Gəncədə qanunsuz tikililəri söküb - FOTO - VİDEO FHN Gəncədə qanunsuz tikililəri söküb - FOTO - VİDEO