Filippin sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Filippin sahillərində 5,5 bal gücündə zəlzələ baş verib Hadisə

Filippin sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanların episentri 10 minə yaxın insanın yaşadığı Hinatuan şəhərindən (Mindanao adası) 49 km şimal-şərqdə olub, 60 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.