Fotosu yayılan gəncin saçını polis kəsib? - RƏSMİ AÇIQLAMA

Fotosu yayılan gəncin saçını polis kəsib? - RƏSMİ AÇIQLAMA Hadisə
Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumatla görə, görüntülər polisin inzibati binasında çəkilməyib. Bildirilir ki, bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir.

Fakt araşdırılır.