Fransada xoruzların banlamaq hüququnu qoruyan qanun qəbul edildi
Hadisə
Fransada kənd yerlərində xoruzların banlamaq hüququnu qoruyan qanun qəbul edilib.
News24.az Report-a istinadla xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
“Kənd yerlərində səslər və qoxular haqqında” qanun mövcud təsərrüfatların əraziyə yeni gələn sakinlərdən daha çox qorunmasını təmin etmək məqsədi daşıyır.