Gecə saatlarında ağır qəza - ÖLƏN VAR

Gecə saatlarında ağır qəza - ÖLƏN VAR Hadisə

Lənkəranda ağır yol qəzası baş verib, ölən və yaralanan var.

News24.az xəbər verir ki,hadisə Lənkəran–Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Masallı rayonunun Mahmudavar kənd sakini Sultan İlkin oğlu Hacıyev idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı rabitə dirəyinə, daha sonra körpünün dəmir konstitusiyasına çırpılıb. Avtomobil təxminən 20 metr hündürlükdən çaya düşüb.

Qəza nəticəsində sürücü və sərnişin – Masallı rayonunun Mahmudavar kənd sakini, 25 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ətrafdakı insanların köməyi ilə onlar sudan çıxarılaraq təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Lakin Ümid Möhübbətov aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada ölüb. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report)