Göygöldəki qəzada yaralananlar Gəncəyə təxliyə olundu

Göygöldəki qəzada yaralananlar Gəncəyə təxliyə olundu Hadisə

Noyabrın 3-də saat 00:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə ilkin tibbi xidmətlər göstərilib. Pasiyentlər daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Mərkəzi Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.

Tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmətlər göstərilən 1 nəfərin müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

***

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır yaralanıb. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.