Gecə vaxtı bu rayondan ACI XƏBƏR GƏLDİ: - Xəsarət alanlar var
Hadisə
Cəlilabad rayonunda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub.
News24.az "Report"-a istinadən məlumatına görə, Fəxrəddin Fərəcovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Adil Abbasovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Daha sonra sürücü A.Abbasov da xəsarət aldığından xəstəxanaya müraciət edib.
Bununla da yol qəzasında yaralı sayı 5-ə çatıb.