Gənc oğlanın meyiti yaşadığı evdən tapıldı
Hadisə
Şəmkirdə 18 yaşlı gəncin meyiti tapılıb.
News24.az xəbər verir ki, hadisə rayonun Cəyir kəndində qeydə alınıb.
Kənd sakini, 2008-ci il təvəllüdlü Eşqin Əlizadənin meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb./Qafqazinfo