Gənc stüardessanın cəsədi tapıldı

Gənc stüardessanın cəsədi tapıldı Hadisə

Baham adalarında superyaxtanın stüardessası cənnət səyahəti zamanı cansız vəziyyətdə tapılıb.

News24.az Lent.az-a istinadla bildirir ki, Cənubi Afrikanın Yohannesburq şəhərindən olan 20 yaşlı Peyk Bell iyulun 3-də Far From It adlı superyaxtanın otaqlarının birində boğazı kəsilmiş halda tapılıb. O, yarıçılpaq olub və qollarında kəsiklər aşkarlanıb. Bu da onun müqavimət göstərməyə çalışdığını göstərir.

Şübhəli şəxs, 39 yaşlı mühəndis Briqido Munoz onun yanında olub. Hadisə zamanı o da xəsarətlər alıb. Həmin şəxs müalicəyə göndərilib, sonra həbs edilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.