Gəncə sakini su çənini rəngləyərkən zəhərlənib öldü

Gəncə sakini su çənini rəngləyərkən zəhərlənib öldü Hadisə

Gəncədə bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1961-ci il təvəllüdlü M. Məmmədov yaşadığı evin damında su çəninin içərisini rəngləyən zaman zəhərlənərək ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Fakta bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. (APA)