Gəncə sakininin başına daş düşdü

Gəncə sakininin başına daş düşdü Hadisə

Daşkəsəndə 33 yaşlı kişinin başına daş düşüb.

News24.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən qızıl mədənlərinin birində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü C.Məhərrəmov kəllə-beyin travması və başının çapılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda 33 yaşlı kişinin vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 33 yaşlı C.Məhərrəmovun işlədiyi Daşkəsən rayonunda yerləşən qızıl mədənlərinin birində ehtiyatsızlıqdan başına daş parçası düşüb.

Faktla bağlı adiyyəti qurumlar tərəfindən araşdırma aparılır. (Unikal)