Gəncə xəstəxanasında azyaşlı öldü

Gəncə xəstəxanasında azyaşlı öldü Hadisə

Gəncədə 2 yaşlı uşaq xəstəxanada ölüb.

News24.az APA-ya istinadla bildirir ki, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında baş verib.

Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdikləri bütün tibbi yardımlara baxmayaraq azyaşlı xəstəxanada vəfat edib.

Azyaşlının hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.