Gəncədə 25 yaşlı kişi meyiti tapıldı
Hadisə
Gəncədə evdən kişi meyiti tapılıb.
News24.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Mətləb Alıyevin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.