Gəncədə 32 yaşlı şəxs bıçaqlandı
Hadisə
Gəncədə 32 yaşlı şəxs bıçaqlanıb.
News24.az-ın məlumatına görə, şəhər sakini 1993-cü il təvəllüdlü Dadaş Nəbiyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. 32 yaşlı kişinin hansı şəraitdə bıçaq xəsarəti alması məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.(Unikal)