Gəncədə 34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı – YENİLƏNDİ
Hadisə
Gəncədə 34 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində R. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Şahmurad Kazımov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)
**
Gəncədə 34 yaşlı şəxs bıçaqlanıb.
News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü R.Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.