Gəncədə 4 avtomobil toqquşdu - Xəsarət alanlar var (FOTOLAR)

Gəncədə 4 avtomobil toqquşdu - Xəsarət alanlar var (FOTOLAR) Hadisə

Gəncə şəhərində zəncirvari qəza olub, xəsarət alanlar var.

News24.az "Unikal"a istinadla bildirir ki, hadisə şəhərin köhnə maşın bazarının qarşısında qeydə alınıb. Hərəkətdə olan iki "Mercedes", "VAZ 2104" və "Chevrolet" markalı minik maşınları toqquşub.

Qəza zamanı avtomobillər yararsız hala düşüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə  DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparırılır.


Gəncədə 4 avtomobil toqquşdu - Xəsarət alanlar var (FOTOLAR)