Gəncədə ağır qəza - YARALILAR VAR

Gəncədə ağır qəza - YARALILAR VAR Hadisə

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki , şəhər ərazisində hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 2006-cı il təvəllüdlü Z.Qurbanova və bir azyaşlı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (apa)