Gəncədə ailəsi 13 yaşdan qızdan imtina etdi

Gəncədə ailəsi 13 yaşdan qızdan imtina etdi Hadisə

Gəncədə 13 yaşlı qız uşaq evinə verilməsi üçün Gəncə Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.

News24.az xəbər verir ki, 2013-cü il təvəllüdlü F.Səfərova nənəsi tərəfindən xəstəxanaya gətirilib və nəvəsinin uşaq evinə verilməsini istəyir.

Məlumat üçün bildirək ki, F.Səfərovadan öncə atası, sonra isə anası imtina edib. O, körpə yaşlarından nənəsinin himayəsində yaşayıb.

Valideynlərinin F.Səfərovadan nə üçün imtina etdiklərinin səbəbi hələlik bəlli deyil.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeniyetmə ilə bağlı açıqlama yayıb:

"Məsələ aidiyyəti dövlət qurumlarının nəzarətindədir və vəziyyət diqqətlə araşdırılır. Hazırda azyaşlı Gəncə Birləşmiş Uşaq Xəstəxanasında tibbi müayinədən keçirilir. Onun sağlamlıq və psixoloji vəziyyəti qiymətləndirildikdən sonra, qanunvericiliyin tələblərinə uyğun şəkildə dövlət uşaq müəssisəsinə yerləşdirilməsi təmin olunacaq", – açıqlamada qeyd olunur.

"Əsas məqsəd uşağın təhlükəsizliyinin, sağlam inkişafının və sosial rifahının qorunmasıdır. Müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir və proses nəzarətdə saxlanılır" - deyə, əlavə edilib. (Teleqraf)