Gəncədə avtomobil avtobusla toqquşdu, xəsarət alan var

Hadisə

Gəncədə qəza olub.

News24.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəktədə olan "Chevrolet" markalı minik maşını sərnişin avtobusu ilə toqquşub.

Qəza zamanı minik maşınında olan 1996-cı il təvəllüdü G.Cəfərova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Qəza nəticəsində avtobusun sərnişinlərindən xəsarət alan olmayıb. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır. (Unikal)