Gəncədə avtomobil mopedlə toqquşdu, xəsarət alan var
Hadisə
Gəncə şəhərində avtomobil ilə mopedin toqquşması nəticəsində xəsarət alan var.
News24.az xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib. Hərəkətdə olan minik avtomobili ilə moped toqquşub.
Qəza zamanı mopedin sürücüsü, 2008-ci il təvəllüdlü F. Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən, moped kuryer kimi fəaliyyət göstərib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. (APA)