Gəncədə hadisə: 56 yaşlı kişi bıçaqlandı
Hadisə
Gəncədə 56 yaşlı kişi bıçaqlanıb.
News24.az xəbər verir ki, hadisə şəhərin Totanlı kəndi ərazisində qeydə alınıb.
1970-ci il təvəllüdlü Elcan Əllilli bədənin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
İlkin məlumata görə, kişi tanıdığı şəxs tərəfindən torpaq sahəsi üstündəki ədavətə görə bıçaqlanıb. (Qafqazinfo)