Gəncədə kütləvi dava oldu, yaralananlar var

Gəncədə kütləvi dava oldu, yaralananlar var Hadisə

Gəncədə dava zamanı gənc oğlanı bıçaqlayan şəxs tutulub.

News24.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)

**19:59

Gəncədə kütləvi dava olub.

News24.az xəbər verir ki, şəhər sakini 2003-cü il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə, 2012-ci il təvəllüdlü R.İsmayılova, 1984-cü il təvəllüdlü S.Huseynova və 1985-ci il təvəllüdlü A.İsmayılova digər xəsarətlərlə xəstəxanaya yeləşdirilib.

Onlara ilkin tibbi yardım edilib.

İlkin məluamata görə, ailələr arasında qız qaçırmaq istəyən zaman dava düşüb. Bu zaman 3 nəfər döyülüb, bir nəfər bıçaqlanıb.

Fakt araşdırılır. (APA)