Gəncədə kütləvi dava: 7 nəfər xəsarət aldı – YENİLƏNDİ

Gəncədə kütləvi dava: 7 nəfər xəsarət aldı – YENİLƏNDİ Hadisə

Gəncədə kütləvi dava zamanı xəsarət alan şəxslərin kimliyi bilinib.

News24.az xəbər verir ki, dava zamanı Saday Nəzərov (2003), onun qardaşı Zöhrab Nəzərov ( 2005), qohumu Elvin Nəzərov (2006), Elşən Nəzərov ( 1990), Sakit Nəzərov (1991), Təbriz Fərzəliyev ( 2000) və Murad Xəlilov (2001) xəsarət alıblar.

Onlar Gəncədə yerləşən xəstəxanalara yerləşdiriliblər. İlkin məlumata görə, həmin şəxslərin qohumluq əlaqələri var. (Teleqraf)

**23:02

Gəncədə kütləvi dava baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Əsasən Kəlbəcər rayonundan olan sakinlərin məskunlaşdığı ərazidə baş verən dava zamanı 5 nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb. (Teleqraf)