Gəncədə minik maşını ilə sərnişin avtobusu toqquşdu- Xəsarət alanlar var
Hadisə
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
News24.az-ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospekti ərazisində qeydə alınıb.
Belə ki hərəkətdə olan "Chevrolet" markalı minik maşını "BakuBus"a məxsus sərnişin avtobusu toqquşub .Nəticədə minik maşınında olan 1996-cı il təvəllüdlü Günel Cəfərova xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib,onun vəziyyətinin orta ağır olduğu bildirilir.Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Qeyd edək ki, qəza zamanı avtobusun sərnişinlərindən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.