Gəncədə oğul anasını öldürdü
Hadisə
Gəncədə oğul anasını qətlə yetirməkdə şübhəli bilinir.
News24.az xəbər verir ki, hadisə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni Qəsəbə adlanan ərazidə baş verib.
1978-ci il təvəllüdlü Qərənfil Muxtarova evində boğularaq öldürülüb. İlkin ehtimala görə, qadını oğlu 2002-ci il təvəllüdlü Elgün Mirzəyev qətlə yetirib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.
Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma başlanılıb. /Teleqraf/