Gəncədə partlayış - Xəsarət alan var - Yeniləndi
Hadisə
Gəncə şəhərində kanalizasiya quyusu yaxınlığında qaynaq işi görülərkən baş verən partlayış zamanı üç nəfər xəsarət alıb.
News24.az, hadisə nəticəsində 1984-cü il təvəllüdlü Anar Zamanov, 1989- cu il təvəllüdlü Mahir Bağırov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(report)
17:19
Gəncə şəhərində baş verən hadisə ilə əlaqədarfevralın 2-si saat 17:00 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.
Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin orta ağır qiymətləndirilir.