Gəncədə qəza: 2 nəfər xəsarət aldı – YENİLƏNDİ

Gəncədə qəza: 2 nəfər xəsarət aldı – YENİLƏNDİ Hadisə

Gəncədə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların adları məlum olub.

News24.az xəbər verir ki, qəza nəticəsində 1997-ci il təvəllüdlü N.Yusibova, 1967-ci il təvəllüdlü A.Ramazanova, 2002-ci il təvəllüdlü M.Ramazanova, 1983-cü il təvəllüdlü M.Həsənova və X.Həsənov xəsarət alıb.

Hazırda xəsarət alan şəxslərin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

**

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki "KİA" markalı minik avtomobili toqquşub. Qəzadan sonra avtomobillərin biri idarəetmədən çıxaraq yol kənarında ağaca çırpılıb.

Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza baş verən ərazidə tıxac yaranıb, əraziyə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır

Gəncədə qəza: 2 nəfər xəsarət aldı – YENİLƏNDİ Gəncədə qəza: 2 nəfər xəsarət aldı – YENİLƏNDİ