Gəncədə qəza: avtomobil avtobusa çırpıldı, xəsarət alan var

Gəncədə qəza: avtomobil avtobusa çırpıldı, xəsarət alan var Hadisə

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, şəhər ərazisində "Chevrolet" markalı minik maşını sərnişin avtobusuna çırpılıb. Nəticədə minik maşınının sürücüsü 2006-cı il təvəllüdlü R.Süleymanov xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (APA.az)