Gəncədə qəza oldu - ölən var
Hadisə
Gəncədə qəza olub, bir nəfər ölüb.
News24.az xəbər verir ki, 1961-ci il təvəllüdlü Nəriman Hacıyev idarə etdiyi “VAZ-21150” markalı avtomobillə hərəkətdə olarkən avtomobilin sağ arxa təkəri dəmir yolu xəttinə dəyib.
Hadisə nəticəsində sürücü idarəetməni itirərək qəza törədib. Nəriman Hacıyev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.(APA )